Rusiya qazından imtina edərək Yunanıstanla müqavilə imzaladılar

Rusiya qazından imtina edərək Yunanıstanla müqavilə imzaladılar
Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Moldova Yunanıstanın "DEPA Commercial" dövlət şirkəti ilə mavi yanacağın tədarükünə dair saziş imzalayıb.
Bu barədə Moldovanın TV8 telekanalı bildirib. 
Məlumata görə, sənəd Afinada Yunanıstana rəsmi səfəri zamanı Moldovanın energetika naziri Viktor Parlikov və Energocom dövlət şirkətinin rəhbəri Viktor Binzari tərəfindən imzalanıb.
Yunanıstan əlverişli enerji mənbələrinə malik strateji ölkə hesab olunur, mayeləşdirilmiş təbii qaz terminalı artıq istismardadır və ikinci terminalı ilin sonuna qədər tamamlanacaq.
Bununla da Moldovanın Rusiyadan asılılığı minimuma enib. 
Gundelik-Baku.Org