Daha bir ölkə “Eurovision-2023”də iştirakdan imtina etdi

Daha bir ölkə “Eurovision-2023”də iştirakdan imtina etdi
Gələn il Bolqarıstan "Eurovision-2023" Beynəlxalq Mahnı Müsabiqəsində iştirak etməyəcək. 
Xarici KİV xəbər verir ki, buna səbəb maliyyə çatışmazlığıdır. 
Bildirilir ki, yayımçının gələn il üçün büdcəsi təxminən, 1 milyon dollardan çox azaldılıb, xərcləri isə demək olar üç dəfə artıb. Bu da ölkənin iqtisadi vəziyyətinə çox pis təsir edəcək. Ona görə də ölkə yarışmada çıxışdan imtina edib.
Qeyd edək ki, Beynəlxalq Mahnı Müsabiqəsi gələn il mayın 9-dan, 13-dək Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.
Xatırladaq ki, bundan öncə Monteneqro və Şimali Makedoniya da iştirakdan imtina edib.
Gundelik-Baku.Org