Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 212 030 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 873 tank, 7 560 zirehli maşın, 3 640 artilleriya sistemi, 594 reaktiv yaylım atəşi sistemi, 352 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 299 helikopter, 3 219 PUA, 1 171 qanadlı raket, 18 gəmi/qayıq, 6 349 avtomobil texnikası və avtosistern, 492 xüsusi texnikadan ibarətdir.
Gundelik-Baku.Org