Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 93 080 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 937 tank, 5 911 zirehli maşın, 1 925 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 təyyarə, 264 helikopter, 1 603 PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 4 528 avtomobil texnikası və avtosistern, 164 xüsusi texnikadan ibarətdir.
Gundelik-Baku.Org