Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 93 760 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 940 tank, 5 917 zirehli maşın, 1 927 artilleriya sistemi, 397 reaktiv yaylım atəşi sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 təyyarə, 264 helikopter, 1 603 PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 4 535 avtomobil texnikası və avtosistern, 167 xüsusi texnikadan ibarətdir.


Gundelik-Baku.Org