Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 118 530 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 136 tank, 6 235 zirehli maşın, 2 122 artilleriya sistemi, 442 reaktiv yaylım atəşi sistemi, 220 hava hücumundan müdafiə sistemi, 287 təyyarə, 277 helikopter, 1 882 PUA, 749 qanadlı raket, 17 gəmi/qayıq, 4 896 avtomobil texnikası və avtosistern, 190 xüsusi texnikadan ibarətdir.


Gundelik-Baku.Org