Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 117 770 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 130 tank, 6 225 zirehli maşın, 2 108 artilleriya sistemi, 442 reaktiv yaylım atəşi sistemi, 220 hava hücumundan müdafiə sistemi, 287 təyyarə, 276 helikopter, 1 876 PUA, 749 qanadlı raket, 17 gəmi/qayıq, 4 889 avtomobil texnikası və avtosistern, 190 xüsusi texnikadan ibarətdir.
Gundelik-Baku.Org