Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 87 900 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 908 tank, 5 861 zirehli maşın, 1 899 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 555 PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 4 416 avtomobil texnikası və avtosistern, 163 xüsusi texnikadan ibarətdir.
Gundelik-Baku.Org