Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 116 950 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 121 tank, 6 215 zirehli maşın, 2 104 artilleriya sistemi, 441 reaktiv yaylım atəş sistemi, 220 hava hücumundan müdafiə sistemi, 286 təyyarə, 276 helikopter, 1 872 PUA, 749 qanadlı raket, 17 gəmi/qayıq, 4 877 avtomobil texnikası və avtosistern, 190 xüsusi texnikadan ibarətdir.


Gundelik-Baku.Org