Rusiyanın məhv etdiyi “Leopard” tankları traktor çıxdı

Rusiyanın məhv etdiyi “Leopard” tankları traktor çıxdı
Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov Ukrayna ərazisində Ukrayna qoşunlarına verilən “Leopard” tanklarının (Almaniya) məhv edildiyini açıqlayıb. Müdafiə Nazirliyi “eksklüziv” kadrlar nümayiş etdirib.
Yayımlanan kadrlarda Rusiyaya məxsus hücum helikopterinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazidəki obyektləri necə izlədiyi göstərilir. Hədəfi tapan ekipaj onu hava-yer raketi ilə nişan alır və “düşmən”in texnikasını məhv edir. Sonra helikopter daha bir “tankı” sıradan çıxarır.
Məlumat Rusiya mediası, “Telegram” kanalları və hökumətyönümlü hərbi müxbirlər tərəfindən yayımlanıb.
Kadrlar təhlil edilərkən məlum olub ki, Rusiya hərbi vertolyotu kənd təsərrüfatı texnikasını - taxılyığan kombayn və çiləyici traktoru sıradan çıxarıb.
Görüntülər sosial şəbəkələrin vətənpərvər seqmentində qızğın müzakirələrə səbəb olub.
Rusiyalı şərhçilər aşkar saxtakarlıqdan qəzəbləniblər, hətta hökumətyönümlü hesabların əksəriyyəti videonu silib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalında isə kadrlar indiyədək qalır.


Gundelik-Baku.Org