Vurulan Ukrayna təyyarəsi şəhərə düşdü

Vurulan Ukrayna təyyarəsi şəhərə düşdü
Ukraynaya məxsus "SU-24" təyyarəsi özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) ərazisində vurulub. 
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
"Rusiya Aerokosmik Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "SU-24" təyyarəsini vurub", - məlumatda deyilir. 
Yenakiyevo şəhər meri Roman Xramenkov vurulan təyyarənin şəhərə düşdüyünü açıqlayıb. 
Hadisənin təfərrüatları açıqlanmayıb. 
Gundelik-Baku.Org