Rusiya Ukraynada 100 mindən çox hərbçisini İTİRİB

Rusiya Ukraynada 100 mindən çox hərbçisini İTİRİB
Rusiya artıq Ukraynada 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib. 
Xarici KİV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 
"Bu günə qədər, demək olar ki, 9 ay ərzində Rusiya Ukraynada 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib", - hesabatda deyilir.
O cümlədən, Baş Qərargahın məlumatına görə, ötən gün ərzində Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.
Ukrayna müdafiəçiləri həmçinin düşmənin "Forpost" tipli PUA-nı və daha ikisini - "Lancet-3" tipli təyyarəni vurublar.
"3002 tank, 5979 zirehli döyüş maşın, 1972 artilleriya sistemi, 412 zenit raketi, 212 hava hücumundan müdafiə sistemi və 282 təyyarə itirib". 
Gundelik-Baku.Org