KİV: Putin və Zelenski Ankaraya səfər edəcəklər

KİV: Putin və Zelenski Ankaraya səfər edəcəklər
Türkiyənin “Hürriyyət” qəzetinin paytaxt bürosunun jurnalisti Hande Fırat hesab edir ki, Rusiya prezidenti Vladimir Putin mayın 28-də seçkilərdə qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra respublikaya səfər edəcək.
O, bu fikri çərşənbə axşamı CNN Türk-ün efirində bildirib.
Jurnalist Putindən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin də Türkiyəyə gələcəyini iddia edib.
“Bu səfərlər zamanı Ukraynadakı münaqişənin gedişatı və taxıl dəhlizi müzakirə olunacaq”, - deyə Fırat bildirib.
O, bu səfərlərin nə vaxt baş tutacağını açıqlamayıb.
Gundelik-Baku.Org