İlham Əliyev Türkiyəyə səfər edəcək

İlham Əliyev Türkiyəyə səfər edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. 
Ölkə rəhbəri Türk Dövlətləri Təşkilatının mart ayının 16-da Türkiyədə keçiriləcək fövqəladə sammitində iştirak edəcək.
Qeyd edək ki, İlham Əliyev bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan dəvət alıb. 
Qırğızıstan və  Qazaxıstan prezidentləri artıq sözügedən sammitdə iştirak edəcəklərini təsdiqləyiblər. 
Qeyd edək ki, sammit Ankarada baş tutacaq. TDT-nin gündəliyində fövqəladə halların idarə edilməsi, humanitar yardım və təbii fəlakətlər zamanı əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. 
Gundelik-Baku.Org