İtaliya baş naziri Ukraynaya səfər edəcək

İtaliya baş naziri Ukraynaya səfər edəcək
İtaliyanın baş naziri Giorgia Meloni Ukraynaya səfər edəcək.
Bu barədə Ukrayna Prezident Volodimir Zelenski İtaliya televiziyasına müsahibəsində məlumat verib.
Zelenski səfərin nə vaxt baş tutacağını açıqlamayıb: “O, tezliklə gələcək, sizə tarixi deyə bilmərəm, amma tezliklə səfər edəcək”.
Xatırladaq ki, mətbuatda Meloninin 2023-cü ilin əvvəlində Ukraynaya səfər edəcəyi barədə məlumat yayılıb.
Gundelik-Baku.Org