Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 204 760 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 792 tank, 7 424 zirehli maşın, 3 339 artilleriya sistemi, 570 reaktiv yaylım atəşi sistemi, 327 hava hücumundan müdafiə sistemi, 309 təyyarə, 296 helikopter, 2 871 PUA, 1015 qanadlı raket, 18 gəmi/qayıq, 6 146 avtomobil texnikası və avtosistern, 440 xüsusi texnikadan ibarətdir.
Gundelik-Baku.Org