Arvadını və oğlunu öldürüb intihar etdi

Arvadını və oğlunu öldürüb intihar etdi
İstanbulda qətl hadisəsi baş verib.
Türkiyə mediası bildirir ki, hadisə şəhərin Esenler qəsəbəsində olub. İnan T. adlı kişi əlində silahla binanın eyvanına çıxaraq, arvad uşağını öldürərək intihar edəcəyini bildirib.
Daha sonra o, içəri daxil olub və atəş səsləri eşidilib. Hadisə yerinə gələn polis əməkdaşları, İnan T., onun arvadı Gülay T. və oğlu Efe T.-nin meyitini aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.


Gundelik-Baku.Org