Qadınlara fiziki və zehni güc verən qidalar

Qadınlara fiziki və zehni güc verən qidalar
Sağlam qidalanma hər kəs üçün vacibdir. Ancaq həm işdə, həm də evdə çalışan qadınlar üçün ikiqat önəmlidir. Gün ərzində bütün təlaş, qaçaqaç sonda fiziki yorğunluğa səbəb olur. Mütəxəssis diyetoloq Nilay Keçeci Arpacı buna görə orqanizmin fərqli vitaminlərə ehtiyac olduğunu bildirib. 
Dietoloq qadınların fiziki və zehni gücünü artıracaq qidalar haqqında məlumat verib. 
Onun sözlərinə görə, soğan, sarımsaq evdə və ya işdə qadınların zehni və fiziki gücü üçün qiymətli qidadır. 
“Qadınların bədən sağlamlığı üçün orqanizmlərində antioksidanların olması lazımdır. Bunu isə əsasən soğan, sarımsaq və kəvərdir. Soğan və sarımsaq qoxusuna görə bəyənilməsə də, hər üç qida yüksək antibiotik və ağrıkəsici xüsusiyyətlərə malikdir. Soğan qadınlarda tez-tez görülən polikistik yumurtalıq sindromu üçün təsirli bir qidadır. Hətta bu qidaların süd vəzi xərçənginə tutulma ehtimalını da azaldır”, - dietoloq bildirib.  
Məlumata görə, sadalanan qidalar zehni gücü də artırır. 
Bundan əlavə, qadınların özlərinə qulluq etmək üçün yeyə biləcəyi daha bir qida qaragilədir. Tərkibində yüksək miqdarda antioksidant olan qaragilə sağlam hüceyrələri zədələnmədən qoruyan flavonoidləri də ehtiva edir. Bu qida qan təzyiqini aşağı salır, infarkt və ya sidik yolları infeksiyası riskini azaltmağa da dəstək verir.
Dietoloq qadınların fiziki və zehni güclərini artırmaq üçün bir neçə məsləhət də verib. Onları təqdim edirik: 
Gündəlik pəhrizdə bol göyərti və meyvə olmalıdır;
Yeməklər müxtəlif və rəngarəng olmalıdır;
İdeal çəkini əldə etməli və onu saxlamalı
Həftədə 3 gün idman etmək həyat tərzinə çevrilməlidir;
Şəkər və duz qəbulu azaldılmalıdır;
Siqaretdən uzaq durmalı, alkoqoldan imtina edilməlidir;
Az yağlı süd və süd məhsullarına üstünlük verilməlidir;
Gündə ən azı 2 litr su içmək lazımdır. 
Gundelik-Baku.Org