Təbrizdə azərbaycanlı vəkil həbs olundu - FOTO

Təbrizdə azərbaycanlı vəkil həbs olundu - FOTO
Təbrizdə daha bir azərbaycanlı vəkil həbs olundu
"Mouze" teleqramı xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Məhkəmə Hüquqşünasları Assosiasiyası məlumat yayıb.
Bildirilir ki, vəkil və hüquqşünas Qasım Bodi İranın təhlükəsizlik orqanları tərəfindən həbs olunub.
Məsələ ilə bağlı sözügedən assosiasiya Şərqi Azərbaycan əyalətinin Məhkəmə Sisteminə müraciət edib və “Vəkillərin yeri zindan deyil” həştəqi ilə tviterdə kampaniya başladıb.
Müraciətdə rejimin Məhkəmə Hakimiyyəti rəhbərlərindən həbs edilən azərbaycanlı vəkilin tezliklə azadlığa buraxılması tələb edilib.








Gundelik-Baku.Org