Tutuquşu sayəsində ərinin XƏYANƏTİNİ ÖYRƏNDİ

Tutuquşu sayəsində ərinin XƏYANƏTİNİ ÖYRƏNDİ
Vyetnamda bir qadın tutuquşu sayəsində ərinin xəyanətindən xəbər tutub.
Xarici KİV xəbər verir ki, qadın xadimə tutaraq onu danışan tutuquşunun yaşadığı eyvanın yaxınlığındakı otağa qoyub. Evdə yeni bir qadın olandan sonra kişi davranışını dəyişib. Lakin arvad bunun yad bir adamla ünsiyyət qurması ilə əlaqədar olduğuna qərar verib.
Bir neçə ay sonra bir yerli sakin tutuquşunun cinsi xarakterli ifadələr söyləməyə başladığını eşidib və ərinin xəyanətindən şübhələnib. O, xadimənin otağına gizli kamera quraşdırıb, bundan sonra ərinin xəyanətinə dair sübutlar ortaya çıxıb.
Xəyanətdən xəbər tutan qadın boşanmaq üçün məhkəməyə müraciət edib.
Gundelik-Baku.Org