Bu qidalar damarda tromb yaranmasının qarşısını alır

Bu qidalar damarda tromb yaranmasının qarşısını alır
Tromba meylli insanlar bu qidaları daha çox istehlak etməlidir.
Xarici mətbuat xəbər verir ki, çuğundur, kələm, şirin bibər, xiyar kimi tərəvəzlər qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, ürək və damarlarda qan laxtalarının əmələ gəlməsinin qarşısını alır.
Limon, qreypfrut, alma, nar, portağal və naringi kimi meyvələr isə qanın laxtalanması da daxil olmaqla bədəndəki bütün regenerativ reaksiyaların güclü tənzimləyicisidir.
Moruq, çiyələk, qaragilə, böyürtkən, zoğal, qara və qırmızı qarağatın tərkibi su olduğu üçün qanı yaxşıca durulayır.
Gundelik-Baku.Org