Putin və Paşinyan telefonla danışdı

Putin və Paşinyan telefonla danışdı
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Telefon danışığı zamanı regionda stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki olaraq qarşıda duran məsələlərin həllinə diqqət yetirilməklə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.
Müzakirə əsnasında Laçın yolu kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanmış fundamental razılaşmaların bütün şərtlərinə ciddi əməl olunmasının vacibliyi bir daha öz təsdiqini tapıb.
Gundelik-Baku.Org