Putin və Paşinyan Laçın dəhlizini müzakirə etdi

Putin və Paşinyan Laçın dəhlizini müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 
Bu barədə Kreml məlumat verib. 
Paşinyan Laçın dəhlizində yaranmış problemin aradan qaldırılması üçün Rusiya tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib. Bu kontekstdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətini də vurğulayıb. 
Həmsöhbətlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixlərində imzaladığı üçtərəfli sazişlərin icrası ilə bağlı məsələləri müzakirə ediblər. 
Ermənistan-Rusiya əməkdaşlığına dair gündəlikdəki digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 
Gundelik-Baku.Org