Putin və Rəisi arasında telefon danışığı olub

Putin və Rəisi arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə “Kremlin” məlumat yayıb.
Bildirilib ki, hər iki tərəf Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib.
Müxtəlif sahələrdə, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edilib ki, əlaqələrin davam etdirilməsi razılaşdırılıb.
Gundelik-Baku.Org