Rusiya Ukrayna ilə ciddi dialoqa hazırdır - Putin

Rusiya Ukrayna ilə ciddi dialoqa hazırdır - Putin
Rusiya Ukrayna ilə münaqişə ilə bağlı ciddi dialoqa açıqdır. 
Xarici media bildirir ki, Kremlin mətbuat xidmətinin xəbərinə görə, prezident Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı buna hazır olduğunu bildirib.
Rusiya lideri əlavə edib ki, vəziyyətin bu cür inkişafı Kiyevin əvvəllər səsləndirdiyi tələbləri yerinə yetirməsi və “yeni ərazi reallıqları nəzərə alınmaqla” mümkün ola bilər.
Gundelik-Baku.Org