Putin İlham Əliyevə zəng etdi - YENİLƏNİB

Putin İlham Əliyevə zəng etdi - YENİLƏNİB
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib.
Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***00:09
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıb.
Bu barədə Kreml məlumat yayıb. 
Görüşdə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərə uyğun olaraq Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün əməli tədbirlər müzakirə olunub.
Prezidentlər regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafına da toxunublar.
İki lider arasında danışıqlar Ermənistan hakimiyyətinin Qarabağda təhlükəsizliyin təminatçısı kimi beynəlxalq mexanizmlərin yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməsi ilə bağlı bəyanatları fonunda baş tutub.
Gundelik-Baku.Org