Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan XİN başısı "Twitter"də paylaşım edib.
Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparılıb.
“Mən ölkəmin regionumuzda sülh və sabitliyə nail olmaqla bağlı sadiqliyini və tam hazır olduğunu bir daha bəyan etdim”, - C.Bayramov qeyd edib.
Gundelik-Baku.Org