Müdiri evdən işləməyinə icazə vermədi deyə, qadın işə atla gedib-gəldi

Müdiri evdən işləməyinə icazə vermədi deyə, qadın işə atla gedib-gəldi
İtaliyada bank işçisi olan qadın evdən işləməyə icazə verməyən müdirinə etiraz etmək məqsədilə işə atla getmək qərarına gəlib.
Xarici mətbuat xəbər verir ki, hadisə İtaliyanın şimal-qərbindəki Forli bölgəsində baş verib.
Belə ki, burada yaşayan 38 yaşlı Tabita Qurioli avtomobili ilə qəza keçirdikdən sonra işlədiyi bankın müdirindən avtomobili təmir olunana qədər bir müddət evdən işləməyi xahiş edib.
Rəisin imtina etməsinə və ona ictimai nəqliyyatdan istifadə etməsini söyləməsinə əsəbiləşən qadın illik məzuniyyətə çıxmaq təklifinə də razı olmayıb.
Qruoli avtobus əvəzinə ata üstünlük verərək işə gəlib-getməyə başlayıb.
Hər səhər atla 2 saat yol qət edən Qurioli, “Məqsədim qərara etiraz etməkdir. Mən işə velosipedlə gedə bilərdim, amma heç kim bunun fərqinə varmazdı", - deyib.
Qadın onu da bildirib ki, müdiri bu hadisə qarşısında səssizliyini qoruyub.

Gundelik-Baku.Org