Bakıöncəsi yeni mahnı!

Bakıöncəsi yeni mahnı!
Elektro-Pop musiqisinin Türkiyədəki populyar qrupu KÖFN Azərbaycan səhnəsi öncəsi yeni mahnısını təqdim edib.
Ötən il “Bi tek ben anlarım”la rekordlara imza atan qrupun yeni ifası “Al aramızdan” adlanır.
Sözü və musiqisi Salman Tinə aid mahnı özündə müxtəlif musiqi tərzlərini ehtiva edir.
Zeki Müren, Müslüm Gürses və Ahmet Kaya ikonik sənətçilərin izini daşıyan layihə 1980-lər və günümüzün detalları ilə fərqli klip halına gətirilib.
Qeyd edək ki, mahnı bu gündən etibarən “Hypers Music” etiketi ilə bütün rəqəmsal platformalara yerləşdirilib.
Onu da bildirək ki, qrup 6 mayda Baku Crystall Hall-da Edisdən öncə səhnəyə çıxacaq.

Gundelik-Baku.Org