Albaniyadakı müsabiqədə azərbaycanlı qrup yarışdı

Albaniyadakı müsabiqədə azərbaycanlı qrup yarışdı
Albaniyada keçirilən “Kenga Magjike” mahnı müsabiqəsində azərbaycanlı qrup çıxış edib.
Yeni yaradılan “Mamagama” yarışmaya öz üzvləri Asəf Mişiyev və Roman Zilyanevin müəllifi olduğu “Dreamer” adlı mahnı ilə qatılıb.
Onlar birinci mərhələdə münsiflərdən tam qiymət ala biliblər. Hətta qrup üzvləri “Avroviziya-2023” üçün hazırladıqları mahnını seçimlərə təqdim etmək istədiklərini bildiriblər.

Gundelik-Baku.Org