Konserti üçün yuxuda mahnı yazdı

Konserti üçün yuxuda mahnı yazdı
“Aid” ləqəbi ilə məşhurlaşan keçmiş “HOST” qrupunun üzvü, reper Orxan Zeynallı yuxuda mahnı yazdığını açıqlayıb.  
Bu barədə o, instaqramda məlumat verib. 
“Konsertdə eksklüziv oxumaq üçün hazırlamaq istədiyim mahnı var idi. Neçə vaxtdır sözlərini yaza bilmirdim. Gecə sözlərini yuxuda yazmışam. Oyananda da yadımda idi, dərhal telefona qeyd etdim. Yaxşı, yuxuda adam niyə belə ağır mətn yazsın?”,- deyə, Zeynallı bildirib.
Gundelik-Baku.Org