Donuz fermasına dronla hücum: 200-ə yaxın donuz öldü

Donuz fermasına dronla hücum: 200-ə yaxın donuz öldü
Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin kamikadze pilotsuz təyyarəsinin “Aqro-Beloqorya” donuz fermasına hücumu nəticəsində 179 donuz həlak olub.
Xarici media xəbərinə görə, daha 150 heyvan yaralanıb. 
Hücum Ukrayna ilə sərhəddən üç kilometr aralıda yerləşən donuz fermasına edilib. Əvvəlcə onun ərazisinə kamikadze pilotsuz uçan aparat uçub, partlayış nəticəsində su qülləsinin videomüşahidə kameraları zədələnib.
Gundelik-Baku.Org