Ukrayna daha 4 İran PUA-sını məhv etdi

Ukrayna daha 4 İran PUA-sını məhv etdi
"Düşmən gecə saatlarında “Shahed” kamikadze PUA-ları ilə Ukrayna ərazilərinə hücuma cəhd edib". 
Ukrayna mətbuatı xəbər verir ki, Dnepropetrovsk Administrasiyası 4 İran dronu vasitəsilə hücum barədə məlumat yayıb. 
 "Lakin onların hamısı məhv edilib", - deyə bildirilib. 
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 
Gundelik-Baku.Org