Ermənistanda 2 nəfər donuz qripindən öldü

Ermənistanda 2 nəfər donuz qripindən öldü
Ermənistanda 2 nəfər donuz qripindən ölüb.
 
“Sputnik Armenia” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, pnevmaniya diaqnozu ilə 209 nəfər xəstəxanaya yerləşdirilib: “Onların 127-si, yəni 60 faizi uşaqdır. 55 nəfər reanimasiyadadır. Reanimasiyada olanların isə 47-si uşaqdır”.
Məlumata görə, həmçinin respirator virusa yoluxmuş 584 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.
Gundelik-Baku.Org