Türk ordusu PKK komandirini gizləndiyi mağarada məhv etdi

Türk ordusu PKK komandirini gizləndiyi mağarada məhv etdi
Türkiyənin Hakkari vilayətinin Alandüz bölgəsi terrorçulardan tamamilə təmizlənib.
Bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlayıb. 
Məlumata görə, PKK-nın komandiri, narıncı kateqoriyalı terrorçu gizləndiyi mağarada keçirilən əməliyyat zamanı zərərsizləşdirilib. 
Terrorçunun kod adı "Alişer" olan Emrah Arpak olduğu müəyyən edilib.
Gundelik-Baku.Org