Türkiyə təhlükəsizlik qüvvələri 5 terrorçunu saxladı

Türkiyə təhlükəsizlik qüvvələri 5 terrorçunu saxladı
Vanda hücuma hazırlaşan terror təşkilatı PKK-nın 5 üzvünün sursat və partlayıcılarla birlikdə tutulub.
Bu barədə bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan terror istintaqı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, terrorçular sifarişi İrandan alıblar.
Vanda uzun müddətdir təhlükəsizlik bölmələri tərəfindən təqib edilən bir strukturun olduğunu və bu strukturun hərəkətə keçməyə hazır olduğunu bildirən S.Soylu hərəkət əmrinin Van sərhədinin o tayından İranın Kelereş şəhərindən gəldiyini bildirib.
Gundelik-Baku.Org