38 minə yaxın terrorçu zərərsizləşdirilib - Akar

38 minə yaxın terrorçu zərərsizləşdirilib - Akar
24 iyul 2015-ci ildən terrorizmlə mübarizədə yeni dövr başladı. O vaxtdan bəri 37 min 601 terrorçu zərərsizləşdirilib.
 
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, yanvarın 1-dən etibarən İraq və Suriyanın şimalında 261 terrorçu zərərsizləşdirilib:
“Terroristlərin yuvalarını, sığınacaqlarını məhv etmişik, buna davam edəcəyik. 40 ildir ki, 85 milyonluq xalqımızın başına bəla olan terrorizmdən qurtulmağa qərarlıyıq”.
Gundelik-Baku.Org