Türkiyədəki zəlzələdə 7 minə yaxın əcnəbi ölüb

Türkiyədəki zəlzələdə 7 minə yaxın əcnəbi ölüb
Türkiyədə fevral ayında baş verən zəlzələlər nəticəsində 6600-dən çox əcnəbi həlak olub.
Türkiyə mediası xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
“Hazırda zəlzələ nəticəsində 48 448 nəfərin həlak olduğu məlumdur. Bu şəxslər arasında 6660 əcnəbi var ki, onların da əksəriyyəti suriyalı bacı və qardaşlarımızdır”, - deyə Soylu qeyd edib.
Gundelik-Baku.Org