Türkiyədə sel fəlakətində həlak olanların sayı artdı

Türkiyədə sel fəlakətində həlak olanların sayı artdı
Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində sel fəlakətində ölənlərin sayı artıb.
 
Hürriyet xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
O qeyd edib ki, daha bir nəfərin meyiti tapılıb. Bununla da sel səbəbindən həyatını itirənlərin sayı 18-ə çatıb. Şanlıurfada 16, Adıyamanda 2 nəfər həyatını itirib.
Gundelik-Baku.Org