Ceyhun Bayramov Kahramanmaraşda AFAD-ın Kriz Mərkəzini ziyarət etdi - YENİLƏNİB

Ceyhun Bayramov Kahramanmaraşda AFAD-ın Kriz Mərkəzini ziyarət etdi - YENİLƏNİB
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyini (AFAD) ziyarət edib.
Bu barədə XİN məlumat yayıb. Nazir zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görülən işlərlə bağlı Azərbaycan XİN başçısı ilə müzakirələr aparıb.
***
12:35
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gedib.
Naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.
Gundelik-Baku.Org