ABŞ Suriyadakı İran hədəflərini bombaladı: 11 ÖLÜ VAR

ABŞ Suriyadakı İran hədəflərini bombaladı: 11 ÖLÜ VAR
İranın pilotsuz təyyarəsi (PUA) ilə Suriyanın Həsəkə əyalətində anti-İŞİD koalisiyasının obyektinə edilən hücumda ABŞ-ın müqaviləli personalının həlak olmasının ardınca ABŞ döyüş təyyarələri Tehranın bölgədəki hədəflərini bombalayıb. 

Pentaqonun verdiyi açıqlamada səhər saatlarında İran hədəflərinin "nöqtəli atəş"lə bombalandığı açıqlanıb. 

Qərargahı Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu iki fərqli bölgəyə edilən hücumlarda ən azı 11 iranpərəst silahlının öldürüldüyünü açıqlayıb. 
Gundelik-Baku.Org