MSB: "2 hərbi təcili yardım təyyarəsi zəlzələ bölgəsinə yola düşüb"

MSB: "2 hərbi təcili yardım təyyarəsi zəlzələ bölgəsinə yola düşüb"
Milli Müdafiə Nazirliyi (MSB) Kahramanmaraş mərkəzli zəlzələ ilə əlaqədar Ankaradan bölgəyə 2 hərbi təcili yardım təyyarəsinin yola düşdüyünü açıqlayıb.
Nazirliyin "Twitter" hesabından edilən açıqlamada, "Kahramanmaraşda baş verən zəlzələdən sonra bölgədəki təbii fəlakətdən əziyyət çəkən vətəndaşlarımıza kömək etmək üçün Türkiyə Milli Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyindən təyin olunmuş səhiyyə işçiləri yola düşüb" deyə bildirilib.
Gundelik-Baku.Org