Pakistan və Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artıb

Pakistan və Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artıb
Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.
Xarici mətbuat xəbər verir ki, Talibanın İctimai Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman Amar azı 2 nəfərin öldüyünü, 20-yə yaxın insanın isə yaralandığını bildirib. O, insan itkisinin arta biləcəyini istisna etməyib.
Pakistanın Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi isə ölkənin şimal-qərbində müxtəlif bölgələrdə evlərin damının uçması nəticəsində 9 nəfərin öldüyünü açıqlayıb.
Gundelik-Baku.Org