Tacikistanda qar uçqununda ölənlərin sayı artdı

Tacikistanda qar uçqununda ölənlərin sayı artdı
Tacikistanda qar uçqunu nəticəsində ölənlərin sayı artıb. 
Tacikistanın Fövqəladə Hallar Komitəsinin verdiyi açıqlamada ölkənin dağlıq bölgələrində baş verən qar uçqunları nəticəsində həyatını itirənlərin sayının 17-yə yüksəldiyi açıqlanıb.
Açıqlamada ölənlərdən 16-nın Dağlı Bədəhşan Muxtar Vilayətində, biri isə Düşənbə-Çanak avtomobil yolunun paytaxt Düşənbə yaxınlığındakı Vərzob qəsəbəsindən keçən hissəsində qar uçqunu nəticəsində həlak olduğu bildirilib.
Son günlər 100-ə yaxın qar uçqunu hadisəsinin baş verdiyi və təhlükənin hələ də davam etdiyi vurğulanaraq, axtarış-xilasetmə qruplarının təbii fəlakət bölgəsində işlərini davam etdirdiyi qeyd edilib.
Gundelik-Baku.Org