Bu ölkəyə gedən turistlərə pul ödəniləcək

Bu ölkəyə gedən turistlərə pul ödəniləcək
Uzaq Şərq ölkəsi Tayvanın 2023-cü ilin əvvəlində ölkəyə 6 milyon ziyarətçi cəlb etmək səyləri çərçivəsində təsdiq etdiyi “Ölkəyə gələn turistlərə pul dəstəyi” layihəsi həyata keçirilir.
 
Xarici medianın məlumatına görə, Tayvan Turizm Bürosundan verilən açıqlamada, 15 aprel tarixindən etibarən ölkəyə səfər edəcək hər turistə 5 min Tayvan dolları veriləcəyi açıqlanıb.
Turizm Bürosunun baş direktor müavini Lin Hsin-jen, Turist qrupundan müstəqil gələnlərə 5 min, ən azı 8 nəfərlik tur qrupuna 10 min, 15-dən çox üzvü olan qruplara maksimum 20 min Tayvan dolları veriləcəyini söyləyib.
Lin pulun nağd deyil, kartla veriləcəyini də əlavə edib. Hesablamalara görə, maliyyə dəstəyindən 90.000 qrupun faydalana biləcəyi düşünülür.
Gundelik-Baku.Org