Çin Yaponiyadan tələb etdi: “Tayvanla əlaqələr dayandırılmalıdır”

Çin Yaponiyadan tələb etdi: “Tayvanla əlaqələr dayandırılmalıdır”
“Çin hesab edir ki, Yaponiya siyasi razılaşmalara əməl etməli və buna görə də Tayvan adası ilə rəsmi əlaqələri dayandırmalıdır”.
Bu tələblə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin çıxış edib.
Eyni zamanda diplomat Yaponiya ilə Tayvan arasında münasibətlərin hansı sənədlərə əsasən bitməli olduğu ilə bağlı dəqiq açıqlama verməyib.
Bundan başqa, Yaponiya parlamenti üzvlərinin dekabrın 26-da başlayan səfəri Pekini qəzəbləndirib. Van Venbin Yaponiyanı “vahid Çin” prinsipinə əməl etməyə və adada “separatçı qüvvələrə yalan siqnallar göndərməməyə” çağırıb.
Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. ÇXR hakimiyyəti isə adanın müstəqilliyini tanımır.
Mənbə: TASS
Gundelik-Baku.Org