Latviya rusiyalı sənətçilərin də ölkəyə girişinə qadağa qoydu

Latviya rusiyalı sənətçilərin də ölkəyə girişinə qadağa qoydu
Latviya tanınmış rusiyalı müğənnilər, aktyorlar, blogerlər və politoloqlar da daxil olmaqla 35 rusiyalının ölkəyə girişinə qadağa qoyub.
Bu barədə Respublika Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda qeyd olunub. 
Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib ki, XİN Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən 35 rusiyalını arzuolunmaz şəxslər siyahısına əlavə etmək qərarına gəlib: "Qərar İmmiqrasiya Qanununun 61-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq qəbul edilib və həmin şəxslərin qeyri-müəyyən müddətə Latviyaya girişinə qadağa qoyulmasını nəzərdə tutur".
Gundelik-Baku.Org