Çin müharibəyə hazırlaşmağa davam edir

Çin müharibəyə hazırlaşmağa davam edir
Çin Xalq Respublikası (ÇXR) müharibəyə hazırlaşmağa davam edir və Tayvanın müstəqilliyinə qarşı çıxır. 
Bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei bildirib.
"Tayvan Çinə məxsusdur və bu məsələ heç bir xarici müdaxiləyə dözməyən ÇXR-in daxili işidir", - Çin ordusunun sözçüsü ABŞ-ın son hesabatını şərh edərkən deyib. Bundan əlavə, Tan vurğulayıb ki, Pekin hələ də istənilən formada Tayvanın müstəqilliyinə nail olmaq üçün separatçı fəaliyyətə və kənar qüvvələrin müdaxiləsinə qarşıdır.
Gundelik-Baku.Org