Tayvan prezidenti maaşını Türkiyəyə bağışlayacaq

Tayvan prezidenti maaşını Türkiyəyə bağışlayacaq
Tayvan prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai aylıq maaşlarını Türkiyəyə bağışlayacaqlarını bildiriblər.
BBC xəbər verir ki, bu, zəlzələdən zərərçəkənlərə maddi yardım olaraq veriləcək.  
"Tayvan Türkiyəyə ölkənin yenidən qurulmasına kömək etmək üçün üzərinə düşəni etməyə hazırdır", -  deyə bəyanatda deyilir.  
Tayvan daha əvvəl Türkiyəyə 2 milyon dollar yardım  və axtarış-xilasetmə işləri üçün iki qrup göndərib. Tayvan komandasının rəhbəri Huanq Po Çun xatırladıb ki, 1999-cu ildə Tayvanda baş verən zəlzələdən sonra Türkiyədən onlara kömək etmək üçün komandalar gəlib.
Çun Türkiyəyə göstərdikləri köməyə görə təşəkkür edərək, “İndi gəldik. 1999-cu ilin təşəkkürü olaraq buradayıq. Axtarış-xilasetmə işlərini türk qrupları sayəsində öyrəndik”., - deyə vurğulayıb. 
Gundelik-Baku.Org