Çin bu ölkəyə hücuma hazırlaşır

Çin bu ölkəyə hücuma hazırlaşır
Çin 2027-ci ildə Tayvana hücum edə bilər.
Xarici media bildirir ki, bunu Britaniyanın Sky News telekanalına müsahibəsində Tayvanın xarici işlər naziri Cozef Vu deyib.
Tayvanlı diplomat mümkün işğalı Çinin hazırkı prezidenti Si Cinpinin 2027-ci ildə dördüncü müddətə yenidən seçilməsi ilə əlaqələndirib.
“Çində vəziyyətdən danışarkən görə bilərsiniz ki, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, insanlar bədbəxtdir, daşınmaz əmlak biznesi sanki gözümüzün qabağında əriyir”, - deyə nazir bildirib.
Cozef Vunun sözlərinə görə, Çin lideri ölkənin iqtisadiyyatında və siyasətində real nailiyyətlərin olmadığı bir şəraitdə, prezidentliyi dövründə Tayvanı işğal etməklə çinlilərin diqqətini daxili problemlərdən yayındırmağa çalışacaq.
Yanvarın 12-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Çin hərbi gəmilərinin Tayvan ətrafında aktiv hərəkəti müşahidə edilir.
Gundelik-Baku.Org